Menyu

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Əsəd Abbaslı
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı artıb  - YENİLƏNİB

Myanmada martın 28-də baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Myanmanın Dövlət İdarə Şurası məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3408 nəfər xəsarət alıb, 139 nəfər isə itkin hesab olunur.

Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.

09:55

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı min nəfəri ötüb, təqribən 2,3 min nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə MRTV məlumat yayıb.

Məlumata görə, 30 nəfər itkin düşüb. 

***

09:04

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.

Operativ Media xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

***

18:45

Myanmada baş verən güclü nəticəsində ölənlərin sayı 144 nəfər çatıb.

Bu barədə Operativ Media  “Kyodo” agentliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.

Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.

***

17:00

Myanmanın mərkəzi hissəsində yerləşən Taunqu şəhərində məktəb binasının uçması nəticəsində dağıntılar altında qalan 20 uşaqdan beşi həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə “Eleven Media Group” (EMG) media şirkəti məlumat yayıb.

Digər uşaqların axtarışı davam etdirilir.

14:00

Myanmanın şimal-şərqində yerləşən Şan ştatında hotel binasının uçması nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qalması ehtimal olunur, ən azı 2 nəfər isə həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə DVD portalı məlumat yayıb.

"Hazırda xilasetmə işləri aparılır. Təxminən 8 mərtəbəli bina tamamilə uçub. Hələlik içəridə neçə nəfərin olduğu məlum deyil. Düşünürəm ki, orada 15-20 nəfər var", - xilasedicilərdən biri bildirib.

AFP agentliyinin məlumatına görə, Myanma hakimiyyəti altı regionda fövqəladə vəziyyət elan edib və zəlzələnin nəticələri ilə mübarizə üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

Xəbər verildiyi kimi, Myanmada məscid və monastırın uçması nəticəsində 16 nəfər həlak olub.

11:51

Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.

Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.

Teqlər:

"Myanmada z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər