30 Mart 2025, 15:24
İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Bu gün İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub şəkil
İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.

Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.

Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib