Ötən il itkin düşən şəxsin meyiti su kanalından tapılıb

Nərmin Qocamanlı
Ötən il itkin düşən şəxsin meyiti su kanalından tapılıb

Ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər