Qəzza hökuməti: İsrail Rafah yaşayış məntəqələrinin 90 faizini dağıdıb
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində yaşayış məntəqələrinin 90 faizini dağıdıb və şəhəri xəritədən silib.
Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada Rəfahın müasir dövrdə ən çirkin soyqırım və etnik təmizləmə formalarından birinə şahidlik etdiyi bildirilib.
Qeyd olunub ki, İsrail ordusu Rəfahı "qapalı hərbi zona"ya çevirərək, Qəzza zolağının digər şəhərlərindən təcrid edib, "tam qırmızı zona" elan edib və dinc əhaliyə qarşı dəhşətli qətliamlar törədib, infrastrukturu və yaşayış massivlərini sistemli şəkildə dağıdıb və bununla da şəhəri yaşayış üçün yararsız hala salıb.
Bildirilib ki, təcrid olunmuş Rəfah təkcə bombalanmayıb, onun coğrafi və demoqrafik xüsusiyyətləri dəyişdirilib, əhalisi məcburi köçkün edilib.