Menyu

Kanada Trampa boykot elan edib

Şəfa Hüseynli
Kanada Trampa boykot elan edib

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri səbəbindən kanadalılar əvvəllər daha ucuz ərzaq və benzin aldıqları ABŞ-nin sərhəd şəhərlərinə getməkdən imtina ediblər.

Operativ Media xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Belə ki, Kanadadan gələn turistlərdən asılı olan Vaşinqton əyalətinin sərhəd şəhərlərinin iqtisadiyyatı "ayaq üstə durur".

Artıq benzin satışları son bir neçə ayda 40-50 faiz azalıb.

Vaşinqton ştatının sakinləri regionun iqtisadiyyatının Kanadanın boykotundan sonra nə qədər davam gətirə biləcəyindən narahatdılar.

Onlar kanadalıları özlərinə qardaş hesab etdiklərini bildiriblər. 

Teqlər:

"Kanada Trampa boykot elan edib"

Əlaqəli Xəbərlər