"Xarıbülbül" festivalının proqramı açıqlanıb
VIII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının proqramı bəlli olub.
Operativ Media-nın əldə etdiyi məlumata görə, 24-25 may tarixlərində baş tutacaq festivalın proqramı aşağıdakı kimidir:
I GÜN
Şuşa şəhəri – Cıdır düzü və Xan qızı Natəvanın sarayı
16:00
Festivalın açılış konserti
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədən tanınmış incəsənət xadimlərinin iştirakı ilə musiqi proqramı.
Məkan: Cıdır düzü
19:00
“Üzeyir bəy belə deyərdi…” Tamaşası
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən təqdim edilən səhnə nümunəsi.
Məkan: Xan qızı Natəvanın sarayının qarşısı
II GÜN
Şuşa şəhəri – Cıdır düzü
12:00
Tələbə Konserti
Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifası.
Məkan: Cıdır düzü
16:00
Polad Bülbüloğlunun Konserti
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə xüsusi musiqi axşamı.
Məkan: Cıdır düzü