Növbəti iki gün rayonlara yağış yağacaq, şimşək çaxacaq
Nərmin Qocamanlı
Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
Teqlər:
"N\u00f6vb\u0259ti iki g\u00fcn rayonlara ya\u011f\u0131\u015f ya\u011facaq \u015fim\u015f\u0259k \u00e7axacaq"