Menyu

Azərbaycandan xarici bazarlara pomidor ixracı 15 faizdən çox artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracı 15 faizdən çox artıb

Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub. Bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb.

 Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.

İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir.
Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər