Menyu

Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib

Nərmin Qocamanlı
Ötən ay Azərbaycanda yaşamaq üçün 7 minə yaxın əcnəbi müraciət edib

Ötən ay Azərbaycan Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 45 min 30 müraciət daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə DMX-dən məlumat verilib.

Məlumata əsasən müraciətlərdən 24 min 67-si əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Bununla yanaşı müraciətlərdən 6 min 825-i Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması, 1572-si Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1270-si isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

Vətəndaşlıq məsələləri ilə bağlı müraciət sayı isə 233 təşkil edib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər