Menyu

Sumqayıt sakininin bank kartından pul oğurlayan şəxs saxlanılıb

Əziz Əzizli
Sumqayıt sakininin bank kartından pul oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 min 600 manat oğurlayıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Faktla araşdırma aparılır.

Əlaqəli Xəbərlər