Menyu

Əli mühərrikdə sıxılıb qalan şəxs xilas edilib - VİDEO

Əsəd Abbaslı
Əli mühərrikdə sıxılıb qalan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1954-cü il təvəllüdlü Məmmədov Vaqif Heydər oğlu su mühərrikinin təmiri zamanı əlinin mühərrikdə sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən V.Məmmədovun sıxılı vəziyyətdə qalmış əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər