Menyu

20 yaşlı qız dəm qazından zəhərlənib

Əsəd Abbaslı
20 yaşlı qız dəm qazından zəhərlənib
1 dəq oxu

Ağstafada 20 yaşlı gənc qız dəm qazından zəhərlənib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Röya Tağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gənc qadına dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə R. Tağıyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər