Skuterlərin qiyməti və kirayəsi neçəyədir? - SİYAHI
Ölkəmizdə skuterlərə olan tələbat getdikcə artır. Şəhər həyatında nəqliyyat problemini rahat və qənaətli şəkildə həll edən bu nəqliyyat vasitələri həm gənclər, həm də uşaqlar geniş istifadə edir.
Bəs bu artan maraq qiymətlərə necə təsir edir.
Operativ Media skuterlərin qiymətini araşdırıb.
|
1 |
Scooter Toba ST-777 |
1700 AZN |
|
2 |
|
1350 AZN |
|
3 |
Skuter CP-4 |
2500 AZN |
|
4 |
Tif galop k8 |
2250 AZN |
|
5 |
Xiaomi Electric Scooter 4 EU |
1049 AZN |
|
6 |
Ninebot eKickScooter F2 II |
1000 AZN |
|
7 |
Xiaomi Electric Scooter 4 Ultra BHR5764GL |
1900 AZN |
|
8 |
Elektrosamokat Ninebot eKickScooter C2 Pro |
700 AZN |
|
9 |
Xiaomi Electric Scooter 5 DDHBC35ZM |
950 AZN |
Uşaqlar üçün olan skuterlərin qiyməti isə daha ucuzdur:
|
1 |
Skuter QPlay Sema ST004 |
136 AZN |
|
2 |
QPlay skuter ST-003 Mika |
111 AZN |
|
3 |
Skuter Globber Junior |
110 AZN |
|
4 |
Skuter Globber Junior (Qatlanan,işıqlı)
|
104 AZN |
|
5 |
Yığılan skuter Globber |
158 AZN |
Nəqliyyat eksperti Aslan Əsədov skuterlərin kirayə qiymətlərinə aydınlıq gətirib:
"Skuterlər son dövrlərin populyar nəqliyyat vasitələrindən biridir və elektrikli cihazlar qrupuna aiddir. Onların istifadəsi yeni qaydalara əsaslanır. Bildiyiniz kimi, şəhərin müxtəlif ərazilərində rahat hərəkət etmək üçün skuterlər geniş istifadə olunur. Xüsusilə paytaxtda velosiped zolaqlarının ayrılmasından sonra həmin zolaqlardan skuterlərin də istifadəsinə icazə verildi. Bu da ölkəmizdə skuterlərə olan tələbatı daha da artırdı.
Ölkədə skuterlərin kirayə qiymətləri 0.50 - 1 manat 50 qəpikdən başlayır. Bəzi skuterlərin kirayi 8 AZN kimi dəyişir. Buna görə də skuterlərin kirayəsi üçün sabit bir qiymət demək mümkün deyil. Qiymətlər sahibkarın təklif etdiyi şərtlərə, skuterin markasına və həmçinin istifadə edilən əraziyə görə dəyişir. Lakin bu qiymətlər qiymətlər o qədər də baha olmamalıdır ki, geniş kütlələr üçün əlçatan olsun.
Bundan əlavə, skuterlərin xüsusi baxımı da vacibdir. Xüsusilə batareya və təkər sistemləri özünəməxsus qulluq tələb edir ki, bu da skuterin uzunömürlü və problemsiz işləməsini təmin edir".
Gülcahan Məmmədova

