Menyu

Ucarda yük maşını yanıb

Ucarda yük maşını yanıb

Ucar rayonu, Ramal kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

Bu barədə Operativ Media-ya FHN məlumat verib

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində MERCEDES" markalı yük avtomobilində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqusunda olan 21 ton yükün 3 tonu yanıb.

Yük avtomobilinin qoşqusu və oradakı yükün böyük hissəsi yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər