Əvvəllər məhkum olunmuş şəxs narkotiklə saxlanılıb
Qaradağ rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 33 yaşlı E.Hüseynov və əvvəllər məhkum olunmuş 32 yaşlı O.Kazımov saxlanılıblar. E.Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobildən 5 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan 44 yaşlı B.Paşayev də saxlanılıb. Ondan 1 kiloqramdan artıq müxtəlif adda narkotik vasitə və 690 psixotrop tərkibli həb aşkarlanıb. Araşdırma aparılır.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.