Dələduzluqla 28 min manat ələ keçirən şəxs saxlanılıb
Bakı və Abşeronda dələduzluq edərək iki nəfərin 28 min manat pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb.
Aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Teqlər:
"D\u0259l\u0259duzluqla 28 min manat \u0259l\u0259 ke\u00e7ir\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"