Goranboyda 70 yaşlı piyadanı maşın vurub
Əsəd Abbaslı
Goranboyda piydanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Operativ Media xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ə.Mərdanov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Yeniyol kənd sakini, 1955 -ci il təvəllüdlü N.Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net