Menyu

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına başladı

Operativ Media
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına başladı
1 dəq oxu

“Qarabağ”ın futbolçusu Marko Yankoviç gələcək məşqçilik karyerası üçün növbəti addımı atıb.

Operativ Media xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi daxili çempionatda yaranan fasilədən yararlanaraq ölkəsində təşkil olunan UEFA A kateqoriyalı məşqçi kurslarına qatılıb.

Təlim prosesini və imtahan mərhələsini uğurla tamamlayacağı təqdirdə, 29 yaşlı futbolçu UEFA A lisenziyasına sahib olacaq.

Bu kurslarda Marko Yankoviçlə yanaşı, daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.

Əlaqəli Xəbərlər