Menyu

Kompani: “İndi mövsümün ikinci yarısını qazanmaq istəyirik”

Operativ Media
Kompani: “İndi mövsümün ikinci yarısını qazanmaq istəyirik”

“Bavariya"nın baş məşqçisi Vinsent Kompani Almaniya Bundesliqasının 17-ci turunda “Köln” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.

Operativ Media xəbər verir ki, o bu haqda klubun mətbuat xidmətinə danışıb.

Mütəxəssis rəqibin oyununu yüksək qiymətləndirib:

"Köln" çox enerjili idi və bu, oyunun əvvəlindən sonuna qədər işimizi çətinləşdirdi. Komandamın çıxışından çox məmnunam. Mövsümün ilk yarısında rekord sayda qol vurmağımız kubok demək deyil, amma futbolçular üçün verilən dəyərin göstəricisidir. Uşaqları təbrik edirəm. Lakin sabahdan etibarən mövsümün ikinci yarısı başlayır və indi məqsədimiz həmin mərhələni də qazanmaqdır".

Kompani Konni Laymerin vəziyyətinə də toxunub:

“O, baldırında narahatlıq hiss etdi. Sabah daha dəqiq məlumat əldə edəcəyik”.

Qeyd edək ki, Bundesliqa turnir cədvəlinə 47 xalla “Bayern Münhen” başçılıq edir. “Köln” isə 17 xalla 12-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər