WUF13-də qeydiyyatdan keçən iştirakçıların sayı açıqlanıb

Ümumdünya Şəhərsalma Forumu – WUF13-də qeydiyyatdan keçən iştirakçıların sayı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Forumun X (keçmiş Twitter) səhifəsində məlumat verilib.
Qeyd olunub ki, hazırkı vaxta qədər 10 min nəfər iştirak üçün qeydiyyatdan keçib.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkil etdiyi WUF13 tədbiri 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək.
Tədbirin əsas məkanı Bakı Olimpiya Stadionu olacaq.
WUF13 qlobal şəhərsalma, davamlı urbanizasiya və mənzil problemlərinin müzakirəsi üçün nüfuzlu platforma hesab olunur.
Qeyd edək ki, WUF13 çərçivəsində ilk dəfə olaraq liderlər zirvəsi təşkil olunacaq. Bu zirvə dövlət və hökumət başçılarını, beynəlxalq təşkilat rəhbərlərini və şəhər siyasətini formalaşdıran əsas qərarvericiləri bir araya gətirəcək.