Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO
Operativ Media
Son illər regionlarda abituriyentlər ali təhsil müəssisəsi seçimində paytaxt universitetlərinə üstünlük verirlər.
Operativ Media xəbər verir ki, Xezerxeber.az-a mövzu ilə bağlı danışan millət vəkili Mehriban Vəliyeva deyir ki, bu meyil təkcə fərdi seçim deyil, eyni zamanda, iqtisadi, psixoloji və sosial proseslə bağlıdır.
Digər əsas səbəb isə təhsilin keyfiyyətidir.
Onun sözlərinə görə, paytaxtdakı ali məktəblər daha güclü akademik heyətə, geniş elmi-tədqiqat imkanlarına və beynəlxalq əlaqələrə malik qurumlar kimi qəbul edilir.
Millət vəkili amma onu da əlavə edir ki, bir sıra regional ali təhsil müəssisələri, xüsusilə pedaqoji, aqrar və müəllim hazırlığı sahələrində bəzi Bakı universitetlərindən geri qalmır, hətta üstün mövqedədir.