Menyu

Hərbi texnika və silahların dövriyyəsinə dair yeni tələblər müəyyənləşib

Operativ Media
Hərbi texnika və silahların dövriyyəsinə dair yeni tələblər müəyyənləşib

Nazirlər Kabineti "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında" 8 may 2006-cı il tarixli qərarında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının dövriyyəsinə (satışına, idxalına və ixracına münasibətdə) tələb olunan əlavə şərtlər müəyyənləşib.


Əlaqəli Xəbərlər