Menyu

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib

Operativ Media
Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ötən il dekabrın 22-dən bu il fevralın 8-dək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 min 119 şəxs barəsində tətbiq olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, amnistiya tətbiq olunan şəxslərin 5148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 15 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 15 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1216-sı böyük ictimai təhlükə törətməyən, 13054-ü az ağır, 849-u ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 14 min 345-i kişi (onlardan 18-i yetkinlik yaşına çatmayan şəxslərdir), 774-ü isə qadındır.

Amnistiya aktının icrası davam etdirilir.

Əlaqəli Xəbərlər