Paşinyan ABŞ-nin vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Operativ Media
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, görüş İrəvanın Baqramyan prospektində yerləşən prezident rezidensiyasında keçirilir.
17:39
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens artıq İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına eniş ediblər.
Operativ Media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Vensi Ermənistan Milli Məclisinin sədri Alen Simonyan, İrəvanın meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dəkı səfiri Narek Mkrtçyan qarşılayıb.