Menyu

"Rabitəbank" debet karta mədaxilə görə komissiyaya dəyişiklik edir

Operativ Media
"Rabitəbank" debet karta mədaxilə görə komissiyaya dəyişiklik edir

“Rabitəbank” debet kartlara mədaxil üzrə komissiya haqlarında dəyişiklik edib.

Operativ Media xəbər verir ki, 01.03.2026 tarixindən etibarən ödəmə terminalları vasitəsilə Kartmane debet kartlarına və cari hesablara mədaxil əməliyyatları üzrə komissiya haqları yeni qaydada tətbiq olunacaq. 

Qaydalara əsasən, 500 AZN məbləğinədək, o cümlədən 500 AZN daxil olmaqla mədaxillər üzrə komissiya tutulmayacaq.

500 AZN-dən artıq məbləğdə həyata keçirilən mədaxil əməliyyatları üzrə isə 0,6 faiz komissiya haqqı tətbiq ediləcək.

Qeyd edək ki, hazırda ödəmə terminalları vasitəsilə "Rabitəbank" kartına aylıq 1 000 AZN –dək mədaxil edildikdə komissiya tutulmur.

Aylıq 1 000 AZN – dən çox edilən hər mədaxilə  görə 0.5% komissiya tutulur.

Əlaqəli Xəbərlər