Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb
Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə istismara verildiyi 2006-cı ildən bəri dünya bazarlarına təxminən 620 milyon ton (4,7 milyard barel) neft nəql edilib.
Operativ Media xəbər verir ki, bu barədə BP-nin 2025-ci il üzrə nəticə hesabatında bildirilib.
Məlumata görə, 1 768 kilometr uzunluğunda olan boru kəməri ilə Ceyhan limanına çatdırılan 619 milyon ton xam neft Aralıq dənizində yerləşən terminalda 6 145 tankere yüklənərək dünya bazarlarına göndərilib.
2025-ci il üzrə göstəricilərə əsasən, illik ixrac həcmi təxminən 27 milyon ton (207 milyon barel) xam neft və kondensat təşkil edib.
Ceyhan terminalından 283 tanker vasitəsilə sevkiyat həyata keçirilib. Bu göstəricinin əvvəlki illə müqayisədə 6,9% azaldığı qeyd olunub.
Hesabata əsasən, 2025-ci ildə boru kəməri üzrə istismar xərcləri təxminən 131 milyon dollar olub və bu, 2024-cü illə müqayisədə 10,3% azalma deməkdir.
Eyni zamanda, kapital xərcləri 98 milyon dollara çataraq əvvəlki illə müqayisədə 2,2 dəfə artıb.