Menyu

Bu gün 62-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Operativ Media
Bu gün 62-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Fevralın 13-də 62-ci Müxen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.

Operativ Media xəbər verir ki, dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu mühüm konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edir.

Bu tədbir dünya mediasının da diqqət mərkəzindədir. Builki konfransda 115 ölkədən təxminən 1000 jurnalist qeydiyyatdan keçib.

Fevralın 15-dək davam edəcək tədbirin açılış mərasimində Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin, Kansler Fridrix Mertsin çıxışları nəzərdə tutulub.

Əlaqəli Xəbərlər