Armen Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib
Operativ Media
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Armen Qriqoryan sülh prosesinin gedişatını təqdim edib, regional əlaqələrin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin mövcud dinamikasına toxunub.
Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb.