Prezident: Sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var
Operativ Media
Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq.
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
“Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var”, - deyə dövlətimizin başçısı əlavə edib.