Menyu

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir

Operativ Media
Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir

ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə lV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir.

Operativ Media xəbər verir ki, forumdan öncə ADA Universitetinin rektoru Hafiz Paşayaev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları aqrar startaplar sərgisi ilə tanış olublar.

Forumda 20-dək ali təhsil müəssisəsinin startap komandalarının hazırladığı layihələr, süni intellekt modulları nümayiş olunur. Rəsmi mərasimin yekununda qalib startapçılara mükafatların təqdim olunması nəzərdə tutulur.

Forum daha sonra öz işini “Aqrar ekosistemin innovativ inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzusunda panel müzakirələrlə davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər