Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda görüş keçirəcək
Şəfa Hüseynli
Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların növbəti iclası yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan-Azərbaycan "Sülh körpüsü" təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib.
"Yaxın gələcəkdə Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının iclası planlaşdırılır. Əvvəlki iclasın Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclasın çox güman ki, Ermənistanda keçirilməsi planlaşdırılır", - deyə Ermənistan Şurası Analitik Mərkəzinin ekspert köməkçisi Narek Minasyan bildirib.