Bakıda NATO-nun təlim kursu keçirilir
Operativ Media
Bakıda "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü - 2026" təlim kursu keçirilir.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda təşkil olunan kursda əvvəlcə iştirakçılara mövzu, ssenari və qarşıya qoyulan tapşırıqlar barədə ətraflı məlumat verilib.
Beynəlxalq hərbi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olan bu kursun əsas məqsədi birgə təlimlər zamanı qarşılıqlı fəaliyyətin və uyarlılıq səviyyəsinin artırılması, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsidir.
Qeyd edək ki, təlim kursunda ölkəmizdən 28, NATO-ya üzv və tərəfdaş ölkələrdən isə 38 nəfər iştirak edir.