Azərbaycandan Ermənistana Gürcüstan üzərindən neft məhsullarının daşınması ucuzlaşıb
Operativ Media
Azərbaycandan Ermənistana Gürcüstan üzərindən neft məhsullarının daşınması ucuzlaşıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
“Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün rəmzi tarif müəyyən edib.
Tarif məsələsi Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivishvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Khudatyan arasında İrəvanda keçirilən görüşün əsas müzakirə mövzusu olub.
Gürcü tərəfi ölkədə həyata keçirilən iri nəqliyyat infrastruktur layihələri barədə məlumat verib.
Bildirilib ki, bu layihələrin tam istifadəyə verilməsi iki ölkə arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına töhfə verəcək”, - məlumatda deyilir.