Menyu

FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib - YENİLƏNİB

Operativ Media
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib - YENİLƏNİB
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

Operativ Media nazirliyə istinadən xəbər verir ki, dəfn mərasimində FHN-in rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. 

O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.

10:34

21 fevral 2026-cı il tarixində səhər saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, yanğının söndürülməsi üzrə əməliyyat zamanı xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həlak olub.

Hadisə zamanı Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər