Menyu

Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı

Operativ Media
Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtı

Fevralın 27-i Ramazan ayının doqquzuncu günüdür.

Operativ Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:53, iftar vaxtı isə saat 18:43-dür.

Ramazan ayının doqquzuncu gününün duası:

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin.

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Allah qəbul eləsin

Əlaqəli Xəbərlər