Menyu

Pakistan-Əfqanıstan sərhədində şiddətli qarşıdurma: 133 hərbi qulluqçu həlak olub - YENİLƏNİB (2)

Operativ Media
Pakistan-Əfqanıstan sərhədində şiddətli qarşıdurma: 133 hərbi qulluqçu həlak olub - YENİLƏNİB (2)

Pakistanla sərhəd münaqişəsində Əfqanlstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.

Operativ Media-nın məlumatına görə, İslam Respublikasının informasiya naziri Attaulla Tarar bu barədə "X"də bildirib.

Onun sözlərinə görə, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb. "Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.

***

22:39

Pakistanın hərbi qüvvələri əks-hücum zamanı əfqan hərbçilərini geri çəkilməyə məcbur edib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Radioyayım Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Əfqanıstan "Taliban"ı Hayber-Paxtunxvada Pakistan-Əfqanıstan sərhədi boyunca bir çox nöqtələrə təhrik edilmədən atəş açıb, buna dərhal və səmərəli cavab verilib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, Əfqanıstan tərəfi ciddi itkilər verib, düşmənin çoxlu sayda postu, döyüşçülərin sığınacaqları və texnikası məhv edilib.

20:53

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının hökumət nümayəndəsi Pakistan hərbçilərinə qarşı sərhəd bölgəsində genişmiqyaslı hücum əməliyyatına başlandığını bəyan edib.

Operativ Media xəbər verir ki bu barədə o, sosial media hesabında paylaşım edib.

Məlumata görə, əməliyyat iki ölkə arasındakı sərhəd xətti boyunca həyata keçirilir.

Əlaqəli Xəbərlər