Menyu

Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB 3

Operativ Media
Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB 3

Şamaxıda yenidən zəlzələ olub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb.

Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb.

19:54

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkan yerli vaxtla 19:12-də baş verib.

9 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

16:17

Şamaxıda 3,3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxta 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələnin episentri 10 km dərinlikdə olub.

***

16:07

Şamaxı rayonunda zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Əlaqəli Xəbərlər