İranda artan hərbi gərginlik səbəbindən dünyanın ən vacib su yollarından biri olan Hörmüz boğazında tankerlərin hərəkəti dayanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, dünyanın aparıcı neft və ticarət şirkətləri təhlükəsizlik riskləri səbəbindən bölgədən daşınmaları müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıblar.
Gəmilər təhlükəsiz limanlarda saxlanılacaq.
Şirkətlər münaqişə sakitləşənə qədər tankerləri sahildən kənarda saxlamaqla potensial hücumların qarşısını almağı hədəfləyirlər.