ABŞ-İsrail hücumlarından sonra İsrail qaz yataqlarını bağlayıb
Şəfa Hüseynli
İsrail və ABŞ-nin İrana hücumlarından sonra ölkənin təbii qaz anbarlarının bir hissəsinin müvəqqəti olaraq bağlanması barədə göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə İsrailin Energetika Nazirliyi məlumat yayıb.
"Chevron" tərəfindən idarə olunan İsrail sahilindəki "Leviathan" qaz yatağı bağlanıb.
Şirkətin açıqlamasında bildirilir ki, İsrail yatağına xidmət göstərən istehsal gəmisi də bağlanıb.
"Ölkənin enerji ehtiyacları alternativ mənbələr vasitəsilə ödəniləcək və elektrik sektoru zəruri hallarda alternativ yanacaqlardan istifadə edərək elektrik stansiyalarını idarə etməyə hazırdır". - məlumatda qeyd edilib.