Tramp Xameneinin öldüyünü bəyan edib
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Xameneinin rəsmən öldüyünü bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Trampın sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Tarixin ən qəddar şəxslərindən biri hesab olunan Xameneinin ölümü təkcə İran xalqı üçün deyil, həm də onun rəhbərlik etdiyi rejimin zorakılıqları nəticəsində həyatını itirən və ya xəsarət alan insanlar üçün ədalətdir.
Bu hadisə İran xalqı üçün ölkəni yenidən qurmaq baxımından mühüm fürsətdir.
Ümid edirəm ki, SEPAH və polis qüvvələri İran vətənpərvərləri ilə sülh yolu ilə birləşərək ölkənin sabitliyinin və inkişafının bərpası istiqamətində birgə fəaliyyət göstərəcək. Bu prosesin tezliklə başlaması vacib sayılır, çünki ölkə ciddi dağıntılarla üz-üzə qalıb”.