İrandan Azərbaycana neçə nəfər təxliyə edilib? - YENİLƏNİB
28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub.
Operativ Media xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.
Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.
Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.
22:00
Fevralın 28-i saat 08:00-dan martın 1-i saat 16:00-dək İran İslam Respublikasından Azərbaycan ümumilikdə 123 nəfər təxliyə olunub.
Operativ Media xəbər verir ki, təxliyə edilənlərin 54-ü Azərbaycan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 6 nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya vətəndaşıdır.
Həmçinin 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.
Əlavə olaraq, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.