Menyu

Tramp İran lideri vəzifəsinə üç namizəd gördüyünü bildirib

Operativ Media
Tramp İran lideri vəzifəsinə üç namizəd gördüyünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri vəzifəsinə uyğun hesab etdiyi üç namizəd haqqında danışıb.

Operativ Media xəbər verir ki, o, bu haqda "The New York Times" qəzetinə verdiyi müsahibədə deyib.

Nəşr qeyd edir ki, söhbət zamanı Amerika lideri İslam Respublikasına kimin rəhbərlik edə biləcəyi ilə bağlı "üç çox yaxşı seçiminin" olduğunu bildirib. Lakin Ağ Ev rəhbəri konkret adlar çəkməsi istənildikdə şərh verməkdən imtina edib.

Bundan əvvəl İran dövlət televiziyası Ali Rəhbər Əli Xameneinin iqamətgahına edilən hücum nəticəsində öldürüldüyünü və ölkədə 40 günlük matəm elan edildiyini bildirmişdi. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə qeyd edib ki, varis seçilənə qədər Ali Rəhbərin səlahiyyətlərini Rəhbərlik Şurası icra edəcək.

Əlaqəli Xəbərlər