İrandan Azərbaycana 553 nəfər təxliyə olunub - YENİLƏNİB
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 553 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Operativ Media xəbər verir ki, fevralın 28-dən martın 2-si saat 20:00-a qədər sərhədi 152 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 127, Rusiyanın 114, Pakistanın 65, Tacikistanın 42, Səudiyyə Ərəbistanının 18, Birləşmiş Ərəb Əmirliklərinin 6, İordaniyanın 4, Qətərin 3, Banqladeşin 3, Filippinin 2, Nepalın 2, Qazaxıstan 2, Fransanın 2, Türkiyənin, İtaliyanın, Polşanın, Tunisin, Livanın, Hindistanın və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.
13:00
İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Operativ Media xəbər verir ki, 28 fevral 8.00-dan - 2 mart saat 10-dək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb.
Bu müddətdə 312 nəfərin keçidi təmin olunub. Onlardan 101-i Azərbaycan vətəndaşıdır.
Bundan başqa, 211 xarici vətəndaşın (Çin-76, Rusiya-39, Pakistan-32, Səudiyyə Ərəbistanı -18, Tacikistan–18, BƏƏ–6, İordaniya–4, Qətər–3, Banqladeş–3, Fillipin–2, Nepal–2, Türkiyə-1, İtaliya–1 Polşa–1, Tunis–1, Livan–1, Hindistan–1, Fransa–1, Braziliya-1) keçidinə şərait yaradılıb.