"Bakmil” istiqamətində və əksinə qatarların hərəkət cədvəli dəyişəcək - FOTO
Operativ Media
Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hərəkət qrafikinin sınaqlarına başlanılır.
Operativ Media xəbər verir ki, əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun şəkildə tənzimlənməsidir.
Bununla əlaqədar olaraq martın 4-dən Bakmil stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq ediləcək.
Sınaq müddətində “Nərimanov–Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma