İrandan Azərbaycan vasitəsilə ümumilikdə 1249 nəfər təxliyə edilib - YENİLƏNİB
Operativ Media
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1249 xarici vətəndaş Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Operativ Media xəbər verir ki, onlar 40 ölkənin vətəndaşlarıdır.
10:21
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Operativ Media xəbər verir ki, fevralın 28-dən martın 4-ü saat 10:00-a qədər sərhədi 224 Azərbaycan vətəndaşı keçib.