"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar" təsdiqlənib
"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar" təsdiqlənib.
Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.
Qaydalar "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" ölkə Prezidentinin 12 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı"na (bundan sonra – Dövlət Proqramı), habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq hazırlanmışdır və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Qaydalarla tənzimlənməyən məsələlər "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyanın 9 nömrəli Əlavəsi – "Rəsmiyyətin sadələşdirilməsi" sənədi ilə müəyyən edilmiş ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.