Menyu

Abbas Əraqçi Ceyhun Bayramova zəng vurub - YENİLƏNİB

Nərmin Qocamanlı
Abbas Əraqçi Ceyhun Bayramova zəng vurub - YENİLƏNİB

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib. 

İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

18:01

İranın xarici işlər naziri Seyid Abbas Araqçi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında münasibətləri və bölgədə baş verən son hadisələri müzakirə ediblər. Araqçi İran İslam Respublikasının Azərbaycanla yaxşı qonşuluq siyasətinə sadiq olduğunu bildirərək, Tehranının Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

İran XİN rəhbəri bu gün Naxçıvan Muxtar Respublikasında baş verən partlayışlara da münasibət bildirib. O, İrandan Naxçıvana doğru hər hansı mərminin atılması ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Araqçi əlavə edib ki, İranın silahlı qüvvələri məsələ ilə bağlı zəruri araşdırma və yoxlamalar aparır.

Nazir həmçinin bu cür hücumların arxasında İsrail rejiminin dayana biləcəyini iddia edərək, bunun ictimai rəyi yayındırmaq və İranın qonşu ölkələrlə münasibətlərinə xələl gətirmək məqsədi daşıdığını bildirib. O qeyd edib ki, son günlər buna bənzər halların başqa nümunələri də müşahidə olunub.

Araqçi hadisə nəticəsində bir neçə nəfərin yaralanmasından təəssüfünü ifadə edib.


Əlaqəli Xəbərlər