Ramazanın 16-cı gününün duası - İftar və imsak vaxtları
Martın 6-sı Ramazan ayının on altıncı günüdür.
Operativ Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:41, iftar vaxtı isə saat 18:52-dir.
Ramazan ayının on altıncı gününün duası:
"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin".
Tərcüməsi:
"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni şər adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə cənnət evində yer ver! Səni and verirəm, ey aləmlərin Allahı"
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!