Menyu

XİN Azərbaycana dəstək ifadə edən ölkələrə və təşkilatlara təşəkkür edib

Operativ Media
XİN Azərbaycana dəstək ifadə edən ölkələrə və təşkilatlara təşəkkür edib

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial media hesabında paylaşım edib.

"Biz Azərbaycan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.

Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər