Menyu

Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Operativ Media
Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycanın Müdafiə naziri polkovnik-general Zakir Həsənov Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 86-cı iclasında iştirak edib.

Operativ Media Rusiya KİV-ə istinadən xəbər verir ki, iclasda beynəlxalq gündəmin aktual məsələləri və müasir şəraitdə hərbi sahədə əməkdaşlığın inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hərbi-siyasi vəziyyətin və Avrasiya təhlükəsizliyinin təhlilinə, eləcə də MDB formatında hərbi əməkdaşlıq əsasında regional sabitliyin qurulmasının praktiki məsələlərinə xüsusi önəm verilib.

Bundan başqa xüsusilə beynəlxalq vəziyyətin kəskinləşməsi fonunda çoxtərəfli hərbi əməkdaşlığın aktual məsələləri və onun gələcək inkişafı ətraflı müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər